Logo

4SİM-də təcrübə keçən tələbə və könüllülərlə görüş keçirilib

13.01.2025 09:48 30 baxış
IMG

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində (4SİM) 2024-cü ildə müxtəlif təcrübə proqramlarında iştirak edən məzunlarla görüş keçirilib.

Tələbələri salamlayan 4SİM-in icraçı direktoru Fariz Cəfərov 2024-cü ildə qurumun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində təcrübə proqramlarında iştirak edən gənclərə səmərəli fəaliyyətlərinə görə təşəkkür edib.

Bu barədə mərkəzdən TƏHSİL.BİZ -ə məlumat verilib. Qeyd olunub ki, ümumilikdə 9 universiteti təmsil edən təcrübəçilər süni intellekt ilə bağlı müxtəlif pilot həllər, o cümlədən “Milli iqtisadiyyatın data portalı” və “Milli iqtisadiyyatda sənaye 4.0 texnologiyalarının tətbiqinə dair uğurlu həllər” layihələrinə öz töhfələrini veriblər.

Gənclər həmçinin il ərzində 4SİM-in təşkilati dəstəyi ilə həyata keçirilən “İnMerge” İnnovasiya Sammiti, “Baku İD”, “Edu Expo 2024”, o cümlədən COP29 və digər tədbirlərdə fəal iştirak ediblər.

Tədbirdə həmçinin qeyd olunub ki, coğrafi informasiya sistemləri sahəsində dünyanın aparıcı şirkəti olan “Esri” ilə əməkdaşlıq çərçivəsində yerli tələbələrə yönəlik “ArcGİS" layihəsinə start verilib. Həmçinin “Coursera” şirkəti ilə “4Sİ Akademiyası” layihəsinin pilot mərhələsi uğurla başa çatıb və hazırda “Milli proqram” layihəsinin başlaması üçün son hazırlıq işləri görülür. Bildirilib ki, 2025-ci ildə planlaşdırılan layihələr sırasında “Binance” şirkəti ilə “Binance Academy” layihəsi çərçivəsində blokçeyn texnologiyaları sahəsində təlimlər, “Apple” şirkəti ilə sənaye 4.0 texnologiyaları sahəsində tədris layihəsi və s. təşəbbüslərin icra olunması nəzərdə tutulur.

Tədbirin sonunda tələblərə 4SİM adından sertifikatlar təqdim olunub.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20January%202025/54130044-8df8-47e3-8abc-33fffd0ebbc5_Screenshot%202025-01-13%20092019.png
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20January%202025/d62ebca3-7ce6-4d68-ade1-1a87d073bfb9_Screenshot%202025-01-13%20092031.png

 

 

 


 

Xəbər lenti