Logo

AMEA prezidenti yanında müşavirə keçirilib

13.01.2025 21:05 72 baxış
IMG

Yanvarın 13-də AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə müşavirə keçirilib.

Bu barədə Tehsil.biz-ə AMEA-dan bildirilib. Müşavirədə çıxış edən akademik İsa Həbibbəyli 2024-cü ildə AMEA-da geniş tədqiqatlar aparıldığını, bir sıra mühüm nəticələr əldə olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, yeniləşən AMEA-da həyata keçirilən islahatlar çərçivəsində başlıca prioritetlərdən biri olan elektron elmin inkişafı istiqamətində uğurlu fəaliyyət davam etdirilib, beynəlxalq elmi təşkilatlarla əməkdaşlıq genişləndirilərək Azərbaycan elminin dünyadakı nüfuzu və maraqları qorunub. Həmçinin il ərzində alimlərin mühüm tədqiqatlarını əks etdirən nəşrlər, monoqrafiyalar ərsəyə gətirilib, təqdimat və sərgilər keçirilib.

AMEA-nın elmi bölmələrinin 2024-cü il üzrə hesabatlarının Rəyasət Heyətinin iclaslarında geniş şəkildə müzakirə ediləcəyini və ictimaiyyətə təqdim olunacağını bildirən akademik İsa Həbibbəyli hesabatların yüksək səviyyədə hazırlanması, ilin elmi nəticələrini əhatə edən sərgilərin təşkili ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib. Həmçinin “AMEA-nın 2025-2030-cu illər üçün İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin hazırlanması üzrə AMEA-nın elmi-tədqiqat müəssisələri tərəfindən verilmiş təkliflərin sistemləşdirilərək ilkin variantın Rəyasət Heyətinin müzakirəsinə təqdim olunması ilə bağlı tapşırıqlarını diqqətə çatdırıb.

Bundan əlavə, müşavirədə AMEA-nın 80 illiyinə hazırlıqla əlaqədar müzakirələr aparılıb.

Müzakirələrdə AMEA-nın vitse-prezidentləri akademiklər Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, akademik-katib akademik Arif Həşimov, Mərkəzi Elmi Kitabxananın direktoru Hüseyn Hüseynov, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Xəbər lenti