Ümumi səriştələrin qiymətləndirilməsi üçün yeni alət – situasiya mühakimə testləri üzrə tapşırıqların keyfiyyət parametrlərinə uyğunluğunu araşdırmaq üçün Naxçıvan şəhərində növbəti sınaq təşkil edilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) Tehsil.biz-ə bildirilib ki, sınaq prosesinə müxtəlif dövlət orqanlarında işləyən dövlət qulluqçuları ilə yanaşı, əvvəlcədən qeydiyyatdan keçmiş şəxslər də cəlb olunublar. Yoxlama prosesində ümumilikdə 50 nəfər iştirak edib.
Qeyd edək ki, səriştə modeli dövlət qulluğuna qəbul, habelə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı namizədlərin komandada işləmək, effektiv kommunikasiya qurmaq, vəzifə öhdəliklərini icra edərkən öz üzərinə məsuliyyət göstərmək, nəticələr əldə etmək və s. kimi səriştələrinin əsas meyarlardan biri kimi götürməyi nəzərdə tutur və bu istiqamətdə sistemli yanaşma təklif edir.