Hazırda 1200-ə yaxın tələbə tikinti ixtisasları üzrə təhsil alır.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda keçirilən tədbirdə deyib.
O qeyd edib ki, tikinti ixtisasları üzrə təhsil alan tələbələrin sayı azdır: "Bu istiqamətdə yeni ixtisaslar açmışıq. İnteryer dizayn, isitmə və soyutma sistemlərinin təmiri, kran operatoru və başqa yeni ixtisasların tədrisinə başlamışıq".
Ceyhun Kərəmov qeyd edib ki, peşə təhsilinin maliyyələşdirilməsi sahəsində də ciddi dəyişikliklər həyata keçirilir:
"Ötən ildən başlayaraq peşə təhsilində adambaşı maliyyələşmə mexanizminin tətbiqinə başlanılıb. Mərhələli şəkildə bir çox müəssisələrimizdə bu mexanizm tətbiq olunur. Bu da ilk növbədə tələbəyönümlü təhsilin təşkili üçün yeni imkanlar yaradır. Eyni zamanda, məhdud resursların daha səmərəli istifadəsinə şərait yaradır”.