Logo

Peşə təhsili müəssisələrinin yarısında məcburi köçkünlər yaşayır

14.01.2025 10:43 65 baxış
IMG

"Birinci Qarabağ müharibəsi dövründə məcburi köçkün vətəndaşlarımız bir sıra təhsil müəssisələrində məskunlaşmışdı. Bu gün də təxminən 50%-ə yaxın təhsil müəssisələrimizdə məcburi köçkün ailələri yaşayır”. 

TƏHSİL.BİZ  xəbər verir ki, bunu bu gün təşkil edilən "Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu" mövzusunda keçirilən müzakirədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O bildirib ki, şanlı qələbəmizdən sonra həmin vətəndaşlarımız öz doğma yurdlarına qayıtdıqca yeni təhsil müəssisələri üçün müasir infrastruktur yaradılır və daha keyfiyyətli təhsil şəraitinin qurulması təmin edilir:

“Son illərdə Bakıda, Gəncədə, Bərdədə, Qəbələdə, İsmayıllıda, Cəlilabadda və Lənkəranda yeni peşə təhsil müəssisələri tikilib. Hazırda Quba, Qax, Tovuz və digər rayonlarımızda yeni peşə təhsil müəssisələrinin layihələndirilməsi və tikinti işləri davam edir”.

Xəbər lenti