Logo

Naxçıvanda II Kimya-Biologiya Olimpiadasının rayon turu keçirilib

13.01.2025 09:51 28 baxış
IMG

Yanvarın 11-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş VIII–IX sinif şagirdləri arasında kimya və biologiya fənləri üzrə II Kimya-Biologiya Olimpiadasının rayon turu keçirilib.

Bu barədə Təhsil İnstitutu məlumat yayıb. Bildirilib ki, 8 mərkəzdə təşkil olunan olimpiadada məktəb turunda qalib olan 535 şagirddən 94 faizi iştirak edib.

Olimpiadada şagirdlərə 30 sual təqdim olunub və 3 saat vaxt ayrılıb.

Olimpiada məktəb, rayon və muxtar respublika olmaqla 3 turdan ibarət keçirilməsi nəzərdə tutululub ki, rayon turunda qalib olan şagirdlər 8 fevral 2025-ci il tarixində keçiriləcək muxtar respublika turuna vəsiqə qazanacaq.

Məlumat üçün bildirək ki, olimpiadanın rayon mərhələsinin qalibləri diplom, təltifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaq.

Qeyd edək ki, olimpiadanın təşkilində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20January%202025/a0f86aaa-dc23-4ae5-953d-a37b378bbb37_1-8.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20January%202025/57b4d423-e40e-45e8-a01d-44aae5d02024_2-2.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20January%202025/ea2321b6-59bf-457f-aff0-6288fad114cc_3-1-scaled.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20January%202025/375476f7-a5cb-4232-9e54-51d443c966ae_4-1-scaled.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20January%202025/7bd38198-b1a0-4657-b391-ab2e96b992a2_5-1.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20January%202025/9e2097be-4dec-4915-9708-69d0ec3a36e6_6-1-scaled.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20January%202025/d5d9b23d-a9e6-4c7e-b266-e405c30bfe94_7-scaled.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20January%202025/aa2a201d-9346-4492-8cca-ca5fca01e7f9_8-scaled.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20January%202025/050ff7a2-7450-4bb9-93d7-05dcd1866940_9-scaled.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20January%202025/9b33e2a0-a2f8-49df-8a6f-7eeeb5fb8dbc_10-scaled.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20January%202025/e5e55f78-4a58-4e55-a63a-19192c114f5c_11-scaled.jpeg

 

 

 


 

Xəbər lenti