Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru Dilqəm Tağıyevə 75 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
TƏHSİL.BİZ xəbər verir ki, təbrik məktubinda bildirilir:
“Hörmətli Dilqəm müəllim,
Sizi 75 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, hörmət və ehtiramımı bildirir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Görkəmli alim və elm təşkilatçısı kimi Siz bütün həyatınızı elmin inkişafına sərf etmiş, elmin təbliği sahəsində müstəsna xidmətlər göstərmişsiniz və bu şərəfli missiyanı bu gün də uğurla davam etdirirsiniz.
Sizin rəhbərliyinizlə Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ölkəmizdə elmin inkişafına, elmi-pedaqoji kadrların yetişməsinə töhfə verməkdədir.
Hörmətli Dilqəm müəllim, Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı arzu edirəm. Əminəm ki, bundan sonra da Azərbaycanda elmin inkişafına öz layiqli töhfənizi verəcəksiniz”.