Logo

Dağlıq Şirvan regionunun 3 şagirdi olimpiadanın yarımfinalında maksimum bal toplayıb

17.01.2025 10:06 85 baxış
IMG

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin  tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin 3 şagirdi maksimum nəticə göstərib.

Bunu Regional Təhsil İdarəsindən TƏHSİL.BİZ -in sorğusuna cavab olaraq bildiriblər. 

Qeyd edilib ki, olimpiadalarının rayon (şəhər) mərhələsinin ikinci mərhələsində 501 nəfər iştirak hüququ əldə edib. Növbəti mərhələyə keçən 501 sagirddən 65 nəfəri Qobustan, 99 nəfəri Şamaxı, 83 nəfəri Ağsu, 254 nəfəri isə İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin təhsilalanlarıdır.          

Qobustan şəhər Elyar Vəliyev adına 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Ayan Muradlı, İsmayıllı şəhər Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbin şagirdləri Leyla Ağayeva və Nazlı Mirzəliyeva maksimum nəticə - 100 bal toplayıblar. 

Bununla yanaşı, İsmayıllı şəhər Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbin 38 şagirdi və İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəblərini 36 şagirdi yarımfinal mərhələsinə keçib. Bu məktəblər region üzrə ən çox şagirdi yarımfinal mərhələsinə vəsiqə qazanmış təhsil müəssisələridir.


 

Xəbər lenti