Logo

“Şəmsəddin Saminin “Qamusul-elam” əsərində təbrizli müəlliflər” – yeni nəşr

15.01.2025 12:03 29 baxış
IMG

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin müdiri Rəna İskəndərlinin “Şəmsəddin Saminin “Qamusul-elam” əsərində təbrizli müəlliflər” kitabı işıq üzü görüb.

İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, kitabda yer alan geniş “Ön söz”ün müəllifi də Rəna İskəndərlidir.

Kitab Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələlərinin öyrənilməsində faydalı ola bilər. Nəşrdə müxtəlif mənbə və ədəbiyyatdan istifadə olunaraq orta əsrlərdə Təbriz şəhərində yaşayıb-yaratmış görkəmli ədib və şairlər haqqında məlumat təqdim edilib.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru Elnurə Babayeva, rəyçisi Rüxsarə Məmmədovadır.

Xəbər lenti