Logo

Lənkəran məktəblərinin vakant vəzifələrinə işə qəbul üçün müsabiqə başlayır

17.01.2025 10:18 112 baxış
IMG

Lənkəran-Astara Regional Təhsil İdarəsi (LARTİ) tabeliyindəki təhsil müəssisələrində hazırda vakant olan laborant, kitabxanaçı, kitabxana müdiri, katibə-makinaçı, təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə LARTİ məlumat yayıb.

Bildirilib ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 17-31 yanvar tarixlərində, həftə içi 5 gün saat 09:00-dan 17:00-dək müvafiq rayon üzrə təhsil sektoruna yaxınlaşaraq sənədlərini (şəxsiyyət vəsiqəsi bütün vəzifələr üzrə, diplom və əmək kitabçası isə müvafiq ixtisas və ya staj tələb olunan vəzifələr üzrə) təqdim etməklə qeydiyyatdan keçə və imtahana buraxılış vərəqəsi əldə edə bilərlər.

Həmçinin namizədlər qeyd olunmuş https://shorturl.at/M1mAH linkə daxil olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələri üzrə mövcud vakansiyalarla tanış ola bilərlər. İmtahana qədər yeni vakant yerlər yarandığı təqdirdə siyahıya əlavə olunacaq. Vəzifələr üzrə 20 ixtisas, 15 informatika və 15 məntiqi təfəkkür suallarına cavab verərək ən yüksək bal toplamış namizədlər birbaşa vəzifəyə təyin olunacaqlar.

Adıçəkilən vəzifələr üzrə ixtisas tələbləri və müsabiqə proqramına aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://shorturl.at/LdtXA 

Qeyd edək ki, test imtahanı fevral ayında Lənkəran şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək. İmtahanın dəqiq vaxtı və vəzifələr üzrə seansların saatı İdarənin sosial media hesablarında elan ediləcək.

Xəbər lenti