Logo

Xocavənddə "İncəsənət otağı" klubu yaradılacaq

17.01.2025 12:20 55 baxış
IMG

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "İncəsənət otağı" layihəsinin açılış mərasimi keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, açılış mərasimi Xocavənd rayonunun Qaradağlı kənd tam orta məktəbində təşkil olunub. Tədbirdə rayon icra hakimiyyəti və təhsil sektorunun əməkdaşları, məktəb direktorları iştirak ediblər.

Layihə çərçivəsində 60 şagird üçün gil qablarının hazırlanması, tikiş, muncuq hörmə texnikası və ebru sənəti üzrə 7 master-klas keçiriləcək. Layihənin sonunda isə "İncəsənət otağı" klubu yaradılacaq.

Xatırladaq ki, “İncəsənət otağı” layihəsi Xocavənd rayon 4 nömrəli tam orta məktəbin müəllimi Ləman Cəfərova tərəfindən icra edilir. Layihəsinin əsas məqsədi təhsilalanların vizual bacarığının inkişaf etdirilməsi, müəyyən səbəblərdən təhsilini davam etdirə bilməyən şagirdlərin fərqli peşə sahələri öyrənmələrinə, gələcəkdə təhsilini bu istiqamət üzrə davam etdirəcək uşaqların praktiki bacarıqlarının inkişafına dəstək olmaqdır.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20January%202025/23573abc-07d9-4889-901c-3f4d90cd73cb_q1.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20January%202025/1386e969-49dc-4614-af62-2ff9fc2ba93f_q2.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20January%202025/aa7216a6-8d37-47be-82c7-c0b3a70d1d33_q3.jpg

 

 

 


 

Xəbər lenti