Logo

ATMU-ya akkreditasiya şəhadətnaməsi təqdim edilib

17.01.2025 16:43 53 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) akkreditasiya prosesinin yekununa dair görüş keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən bildirilib. Görüşdə rektor İlham Mədətov akkreditasiya prosesinin uğurlu keçməsində əməyi olan bütün əməkdaşlara təşəkkürünü bildirib, universitetin bundan sonrakı fəaliyyətində də Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıb.

TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov ATMU kollektivini təbrik edərək səmərəli fəaliyyətlərində onlara uğurlar arzulayıb. O, ümumilikdə bu prosesin əhəmiyyətindən bəhs etməklə Akkreditasiya Komissiyası tərəfindən ATMU-ya verilən tövsiyələrin icrasının universitetin inkişafına töhfə verəcəyini bildirib.

Görüşdə, həmçinin TKTA ilə ATMU arasında əməkdaşlığın perspektivləri, beynəlxalq və proqram akkreditasiyasının əhəmiyyəti, ali təhsil müəssisələrində keyfiyyət təminatı mərkəzlərinin vacibliyi məsələləri müzakirə olunub.

Görüşün sonunda TKTA-nın İdarə Heyətinin sədri tərəfindən ATMU rektoruna institusional akkreditasiya şəhadətnaməsi təqdim edilib.

Xəbər lenti