Logo

BDU-da Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru ilə görüş olub

19.02.2025 10:05 123 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərovla görüşüb.

Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan məlumat verilib. Rektor Elçin Babayev qeyd edib ki, BDU-da akvakultura, qida və su təhlükəsizliyi, ekoloji problemlərin həlli, təbii resurslardan səmərəli istifadə sahələrində müxtəlif tədqiqatlar aparılır, müasir laboratoriyalar qurulur, gənc mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilir. BDU-nun elmi-tədqiqat mərkəzlərində ən son texnologiyalar tətbiq olunur. Bu baxımdan BDU Aqrar İnnovasiyalar Mərkəzi ilə əməkdaşlıqda maraqlıdır.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qurumun fəaliyyəti, icra olunan layihələr, regionlar üzrə keçirilən İnnovasiya festivalları, Mərkəz tərəfindən göstərilən dəstək tədbirləri barədə məlumat verib. Ali təhsil müəssisələrinin tələbələrinin aqrar sahədə rəqəmsallaşmanın inkişafı və məhsuldarlığın artırılmasına xidmət edən startaplara böyük maraq göstərdiyini deyib.

Görüşdə BDU ilə Mərkəz arasında kənd təsərrüfatında süni intellektin tətbiqi ilə bağlı layihə üzrə və ümumi əməkdaşlıq imkanları müzakirə olunub.

 


 

Xəbər lenti