Logo

AzTU və TAU tələbələri üçün infosessiya keçirilib

19.02.2025 11:22 97 baxış
IMG

“Bilim Bakı” Mərkəzinin direktoru, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevlə görüşüb. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru Mehmet Şimşir, həmçinin AzTU nümayəndələri iştirak ediblər.

Söhbət zamanı AzTU və TAU ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sonra “Bilim Bakı” Mərkəzinin direktoru, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Kösenin AzTU və TAU tələbələri üçün infosessiyası keçirilib.

Əvvəlcə AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov açılış nitqi ilə çıxış edib. Bildirib ki, tələbələr hər il “TEKNOFEST”ə böyük həvəslə hazırlaşırlar. Yarışmanın əhəmiyyətindən danışan prorektor onun tələbələr üçün yeni imkanlar açdığını da qeyd edib.

Daha sonra Ahmet Köse “TEKNOFEST-2025”lə bağlı geniş təqdimatla çıxış edib.

Sonda tələbələrin sualları cavablandırılıb. 

 

 

 

 


 

Xəbər lenti