Logo

Naxçıvanda bağçalara vakant müdir vəzifəsinə işə qəbul üçün test imtahanı keçiriləcək

19.02.2025 11:32 92 baxış
IMG

Fevralın 22-də Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifəsinə mərkəzləşmiş qaydada işə qəbul üçün test imtahanı mərhələsi təşkil olunacaq.

TƏHSİL.BİZ  xəbər verir ki, test mərhələsində 27 noyabr - 4 dekabr tarixləri arasında ölkə üzrə elan olunan sənəd qəbulunda iştirak edən, məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi müəllim vəzifəsində çalışan 16 namizəd dəvət olunub.

Qeyd edək ki, Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbində saat 10:00-da təşkil olunacaq test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaq.

Xəbər lenti