Ən qısa müddət ərzində kredit əsaslı və strukturlaşdırılmış doktorantura səviyyəsi yaradılmalıdır.
TƏHSİL.BİZ xəbər verir ki, bunu AMEA-nın Ümumi yığıncağında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir əlavə edib ki, ikipilləli doktorantura proqramlarının mahiyyəti kökündən dəyişməlidir:
“Digər bir məsələ isə elmi adların alınması müddətidir. Elmi dərəcə ilə elmi fəaliyyət arasında uyğunluq da diqqət yetirməli olduğumuz vacib məqamdır”.
E.Əmrullayevin sözlərinə görə, artıq iki ildir ki, Azərbaycanın ali təhsil müəssisələrinin reytinqlərdə irəliləməsini görürük. Bunun da təməlində elmin inkişafı dayanır.