AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nigar Babaxanovanın ön söz yazaraq fransız dilindən tərcümə etdiyi “Rəşid bəy və Səadət xanım (Azərbaycan və fransız dillərində)” kitabı çapdan çıxıb.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, kitab hazırda bir nüsxəsi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əski çap kitabları fondunda mühafizə olunan “Rəşid bəy və Səadət xanım” əsərini özündə əks etdirir. Buraya əsərin orijinaldan Azərbaycan dilinə tərcüməsi və fransız dilində orijinalı (dəyişdirilmədən) daxil edilib.