Logo

AMEA-nın İnkişaf Konsepsiyası və Yol Xəritəsi təsdiqlənib

20.02.2025 14:38 88 baxış
IMG

“Konsepsiya, 2025-2030-cu illər üçün elmi fəaliyyətin inkişafını nəzərdə tutan iki əsas bölmədən ibarətdir”.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə bu gün AMEA-nın Ümumi Yığıncağında, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri “AMEA-nın İnkişaf Konsepsiyası və Yol Xəritəsi” layihəsi haqqında məlumat verib.

O qeyd edib ki, birinci bölmədə qlobal çağırışlar, elmin inkişaf meylləri, Akademiyanın yeni hüquqi statusu və fəaliyyət istiqamətləri əksini tapıb. Həmçinin, konsepsiyanın icrası üçün vaxt cədvəli, nəzarət mexanizmləri və nəticə indikatorları da müəyyənləşdirilib.

S.Xavəri, konsepsiyanın üç əsas amilə əsaslandığını bildirib: müasir dünyanın qlobal inkişaf tendensiyaları, Azərbaycanın yeni geosiyasi reallıqları və elmin inkişaf mərhələsi. O, AMEA-nın yeni mərhələdə elmi koordinasiya və fundamental araşdırmalar sahəsində daha güclü fəaliyyət göstərəcəyini vurğulayıb.
Konsepsiyanın ikinci bölməsi olan Yol Xəritəsində, hədəflərə çatmaq üçün tədbirlər və icra mexanizmləri təqdim olunub. 40 qurum bu prosesi həyata keçirmək üçün iştirak edəcək.

Xəbər lenti