Logo

Böyük Britaniyada təhsil müəssisələri açıldıqdan sonra koronavirusa yoluxma halları artıb

23.09.2020 17:50 528 baxış

Böyük Britaniyada təhsil müəssisələrinin açılmasından sonra koronavirusa yoluxma hallarında artım qeydə alınıb.

Tədris ilinin başlaması ilə əlaqədar tələbələr və məktəblilər sosial məsafə qaydalarına uyğun olaraq yenidən təhsil müəssisələrinə yollanıblar. Lakin Şotlandiyada fəaliyyət göstərən Abertay, Aberdin və Qlazqo universitetlərindəki tələbələrdən yenidən özlərini təcrid etmələri tələb olunub. Buna səbəb universitetlərdə aparılan koronavirus testlərində tələbələrin test nəticələrinin müsbət olmasıdır.

Aberdin Universitetinin 70-dən çox tələbəsi qaydalara uyğun olaraq özünü təcrid edib.

Ötən gün Edinburqdakı Napier Universitetində keçirilən sınaqda da bir çox tələbənin test nəticəsi müsbət olmuşdu.

Xatırladaq ki, Krallıq ərazisində virusa yoluxanların sayında artım olduğu üçün karantin qaydalarında yenidən dəyişiklik edilib.

Xəbər lenti