Logo

ADAU-da Elmi Şuranın növbəti iclası keçirilib

01.06.2021 15:45 477 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tədris-təcrübə təsərrüfatında açıq havada Elmi Şuranın növbəti iclası keçirilib.

 

İclasda universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında qarşıda duran vəzifələr barədə danışaraq, imtahanların Təhsil Nazirliyinin normativ-hüquqi sənədlərinin tələbləri əsasında keçirilməsi üçün tapşırıqlar verib.

 

Elmi Şurada, həmçinin yaz semestri üçün keçirilmiş tələbə məmnunluq sorğusunun nəticələri də açıqlanıb. Universitetin 3 əməkdaşına dosent elmi adının verilməsi və 1 əməkdaşının kafedra müdiri seçkisi üçün gizli səsvermə keçirilib.

Xəbər lenti