Bu gündən Azərbaycan Universitetində 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Sessiya pandemiya şəraitinə uyğun olaraq “Microsoft Teams” platforması üzərindən məsafədən təşkil olunur. İmtahanların başlama saatı 9.00-dur.
Sessiya dövründə imtahanların təşkili və gedişinə nəzarət, yarana biləcək neqativ halların dərhal aradan qaldırılması məqsədilə “İmtahan nəzarət komissiyası” fəaliyyət göstərəcək.
Tələbələrin biliyinin yenidən qiymətləndirilməsi və imatahan zamanı baş verə biləcək mübahisələrin aradan qaldırılması üçün ixtisas kafedralarına uyğun olaraq “Apellyasiya komissiyası” yaradılıb. Komissiyanın fəaliyyəti imtahan nəticələrindən narazılıq olduğu təqdirdə nəticə məlum olduqdan sonrakı 3 gün müddətində operativ.qə[email protected] elektron ünvanına apellyasiya müraciəti edilməklə həyata keçiriləcək.