Logo

“Bir” tələbə könüllülərdən #PrayForGanja həştəqi ilə paylaşımlara dəstək

14.10.2020 13:02 464 baxış
IMG

Təhsil Nazirliyinin “BİR” tələbə könüllüləri Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərinə raket hücumu ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində xüsusi dəstək nümayiş etdiriblər. Onların təşəbbüsü ilə yaradılan “#PrayForGanja” adlı “Telegram” kanalı vasitəsilə “#PrayForGanja” həştəqi ilə 1.000.000-dan çox tvit paylaşılmasına töhvə verilib.

 

Tələbə könüllülər həmçinin bir neçə dildə paylaşılacaq status, tvit, həştəqlərin toplanılaraq təşəbbüsə qoşulan gənclərə göndərilməsində iştirak edib. Bununla yanaşı, 350 nəfər könüllünün aktiv iştirakı ilə ”Twitter” və “#Instagram” sosial şəbəkələri üzərindən emal edilən mətnlər, tvitlər gün ərzində davamlı olaraq paylaşılıb.

Xəbər lenti