Logo

Göygölün Kərəmli məktəbi Silahlı Qüvvələrin Yardım Fonduna vəsait köçürüb

14.10.2020 13:22 536 baxış
IMG

Göygöl rayonu Kərəmli kənd tam orta məktəbi tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 820 manat vəsait köçürülüb.

 

27 sentyabr tarixindən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin erməni hərbi birləşmələrinin növbəti hərbi təxribatına qarşı həyata keçirdiyi uğurlu əməliyyatlar Göygöl rayonu Kərəmli kənd tam orta məktəbinin müəllim və şagirdləri tərəfindən böyük sevinclə qarşılanır.

 

Məktəbdən verilən məlumata görə, Göygöl rayonu Kərəmli kənd tam orta məktəbi başda məktəb direktoru Hüseyinov Mətləb olmaqla müəllim kollektivi 820 manat toplayaraq ianə şəklində Azəbaycan Respublikasının Silahlı qüvvələrinin yardım fonduna köcürublər.

 

Ən yeni tariximizin qələbə səhifələrinin yazıldığı bu günlərdə Ali Baş Komandanımızın ətrafında sıx birləşən kollektiv Azərbaycan əsgərinin yanındadır və bütün torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əmindir.

Xəbər lenti