Logo

Kənardan gəlmiş müəllim bütün məktəbi yoluxdurdu

23.09.2020 17:52 591 baxış

Qubada məktəblərdə koronavirus pandemiyasına qarşı monitorinq keçirilib. Pandemiyaya qarşı mübarizə məqsədilə Quba İH başçısı Ziyəddin Əliyevin 16 mart 2020-ci il tarixli sərəncamı ilə İH-də yaradılmış Operativ Qərargahın üzvləri rayonun təhsil müəssisələrində olub, virusa qarşı qabaqlayıcı tədbirlərin icra vəziyyətini yerində yoxlayıblar.

Tehsil.biz-in məlumatına görə, rayonun Qam-Qam kənd məktəbində 10 nəfər müəllimin koronavirusa yoluxması faktının aşkar olunması məktəblərə sosial izolyadiya qaydalarına ciddi əməl olunmasının vacibliyini bir daha gündəmə gətirib. Bir daha izah olunub ki, təhsil ocaqlarında kütləvi yoluxma hallarının təkrarlanmaması üçün tələblərə ciddi və qeyd-şərtsiz əməl olunmalıdır.

Qam-Qam məktəbində isə 22 sentyabrdan tədris dayandırılıb, distant təhsilə keçilib. Bu məktəbdən direktor və müəllimlər də daxil olmaqla 10 nəfər virusa yoluxub. Qam-Qam məktəbində kütləvi yoluxmaya kimi Sumqayıtdan gələn müəllimin səbəb olduğu deyilir. Yoluxan müəllimlər karantin xəstəxanasında müalicəyə cəlb ediliblər.

Xəbər lenti