Logo

Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunlarının nəzərinə

02.06.2021 13:35 88 baxış
IMG

2021/2022-ci tədris ili üçün DİM-in Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunlarının nəzərinə!

 

Hörmətli məzunlar, əgər Sizin diplomunuzda subbakalvr səviyyəsi göstərilibsə, Siz qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində ixtisas seçimi müsabiqəsində iştirak edə bilərsiniz. Bunun üçün Sizin təhsiliniz haqqında müvafiq məlumatlar(arayış) məzun olduğunuz müəssisə tərəfindən “Tələbə-Məzun” dövlət elektron məlumat sisteminə yerləşdirilməlidir. Daha ətraflı: (https://cabmin.gov.az/media/files/60442d8c9c8fb11448aec4b7a9fccb33.pdf)

 

Yalnız müvafiq məlumatları (ÜÖMG-arayış) sistemə daxil edilmiş subbakalavrlar ali təhsil müəssisələrinə qəbul müsabiqəsində imtahan vermədən iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə elektron ərizə ilə müraciət edə biləcəklər.

Arayış məlumatları “Tələbə-məzun” sisteminə daxil edilməyən və təsdiqlənməyən subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən müsabiqədə iştirak edə bilməyəcəklər. http://dim.gov.az/news/3674/?fbclid=IwAR1IJdC1sJ_E9S7K0J2jhSgMezd8Fj3KGTYe8UvBES4M17Ko5WxyZ7LAoE

 

Məlumatın vaxtında “Tələbə-Məzun” dövlət elektron məlumat sisteminə yerləşdirilməsi üçün Siz aşağıdakı sənədləri (yalnız elektron formada) [email protected] vaxtında bu email ünvanına göndərməlisiniz.

 

Diploma əlavənin surəti (scan formada)

 

Şəxsiyyət vəsiqəsinin surəti (scan formada)

 

Tam orta (11 illik) təhsil bazasından qəbul olunanlar: attestatın surəti (scan formada)

 

Diplomu və ya diploma əlavəni Kollecdən götürməyən məzunlar elektron qaydada sənədi(lər) almaq üçün ərizə ilə müraciət edə bilərlər.

 

Diqqət:

 

Sənədləri təsdiqinin sürətləndirilməsi üçün göndərilən emaildə məzunun soyadı, adı, atasının adı və qrup nömrəsinin, e-mail ünvanının aydın yazılması (və əlavə olaraq əlaqə nömrəsi qeyd etməyiniz) məqsədəuyğundur. Sizin arayış

 

“Tələbə-Məzun” dövlət elektron məlumat sisteminə yerləşdirildikdən sonra sənədləri göndərdiyiniz e-mail ünvanına məlumat(cavab) veriləcəkdir;

 

Arayış məlumatlarının hazırlanması və “Tələbə-məzun” sisteminə daxil edilməsi müəyyən vaxt apardığını nəzərə alaraq sənədlərin qəbulu ixtisas seçimi(müsabiqə) başlanılmasından 2 gün əvvəl dayandırılacaqdır.

 

Suallarınız olarsa, iş günləri saat 09.00-dan-17.00-dək +994(12)-539-11-71 telefon nömrəsi ilə də əlaqə saxlaya bilərsiniz. (fasilə 13:00-14:00)

Xəbər lenti