Mayın 31-də Avropa İttifaqının maliyyə dəstəyi ilə Bakı Biznes Universitetinin (BBU) koordinatoru olduğu ERASMUS+ KA2 proqramı çərçivəsində “Rektorlar Konfransının yaradılması” (EQAR) layihəsinin onlayn görüşü keçirilib. Görüşdə Litva, Fransa, İsveç Polşadan olan avropalı tərəfdaşlarla yanaşı, 15 yerli tərəfdaşın nümayəndələri də iştirak edib.
Görüşün məqsədi layihənin 1 nömrəli işçi paketinə daxil olan tapşırıqların icrası və bölüşdürülməsi, tapşırıqlar üçün son tarixlərin müəyyənləşdirilməsi və müvafiq sənədlərin hazırlanma qaydalarının müzakirəsidir. Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları Ülviyyə Hacıyeva və Günay Məhərrəmova iştirak edib.
Cari ilin may ayının əvvəlində geniş təqdimatı keçirilmiş layihə üzə ilk geniş təlim litvalı mütəxəssis Inga Juknytė-Petreikienė tərəfindən həyata keçirilib. EQAR layihəsi çərçivəsində baş tutan təlim tərəfdaş universitetlərdə sorğuların keçirilməsi və tərtibi üzrə müzakirə məqsədi daşıyır.
Görüşdə yaxın aylarda layihənin sözügedən işçi paketi üzrə həyata keçiriləcək fəaliyyətlər tərəfdaş universitetlərlə müzakirə olunub.
Qeyd edək ki, layihə 3 il davam edəcək.