Yeni tədris ilinə kimi paytaxtda bir neçə məktəb əsaslı təmir olunacaq, bəzi məktəblər üçün əlavə tədris korpusu tikiləcək.
BŞTİ-dən Tehsil.biz-ə bildirilib ki, paytaxtda 2021-2022-ci tədris ilinə kimi tikilərək istifadəyə veriləcək təhsil ocaqlarında tikinti işləri sürətlə davam etdirilir.
Hazıda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 10 təhsil müəssisəsində cari təmir və bərpa işləri aparılır. Əlavə olaraq ehtiyac olan ərazilərdə 7 yeni məktəb inşa olunur.
Onlardan 3-nün tikinti işləri artıq yekunlaşıb.