Logo

İspaniyada kişi müəllimlər dərslərə ətək geyinərək qatıldılar – FOTO

03.06.2021 10:17 1110 baxış
IMG

İspaniyanın hər yerində məktəblərdə müəllimlik edən kişi müəllimlər gender stereotipləri ilə mübarizə kampaniyası çərçivəsində dərslərə ətək geyinərək qatılıblar.

 

Bu barədə “Daily Mail” xəbər yayıb.

 

Məlumata görə #LaRopaNoTieneGenero hərəkatı riyaziyyat müəllimi Xose Pinyas tərəfindən 2020-ci ilin noyabrında başladılıb. Müəllim bildirib ki, 15 yaşlı şagirdi Mikel Gomezin bir neçə dəfə qadın paltarında dərslərə gəlməsi səbəbi ilə Bask təhsil müəssisəsindən qovulması və psixoloqa göndərilməsi onu bu addımı atmağa vadar edib.

 

Hadisədən sonra müəllim yazı taxtası yaxınlığında qara cemper və ağ ətəkdə şəkil çəkdirərək sosial şəbəkələrdə paylaşıb:

 

“20 il əvvəl indiki olduğum institutda cinsi oriyentasiyama görə mən təhqirlərə məruz qalırdım. Bir çox müəllim bu problemi görməzdən gəlir”, deyə yazan müəllim Mikelin məsələsinə bu cür biganə yanaşılmasına icazə verməyəcəyini deyib.

 

Gomezin bu addımı insanlar tərəfindən dəstəklə qarşılanıb. Bir çox gənc qovulmuş tələbəyə dəstək olaraq ətəkli şəkillərini paylaşıblar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbər lenti