Logo

ATU-nun komandası universitetlərarası intellektual yarışın qalibi olub

03.06.2021 10:25 646 baxış
IMG

Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Nəsimi rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə onlayn formatda “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

 

Yarışın nəticələrinə əsasən, ATU-nun “Sinaps” komandası I yer, Azərbaycan Dillər Universitetinin “Winners’ team” komandası II yer, Bakı Dövlət Universitetinin “1984” komandası III yerdə qərarlaşıb. 


Yarışda universiteti ATU THİK intellektual oyunlar klubunun üzvləri Anar Kərimxanov, Rüfət Əzimli, Orxan Pənahov, Ülkər Məmmədova və Şəbnəm Kərimzadə təmsil ediblər.

Xəbər lenti