Logo

ADNSU-da birinci kurs tələbələri ilə növbəti görüş keçirilib

14.10.2020 17:25 884 baxış
IMG

Oktyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kimya-texnologiya və Neft-mexanika fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib. Görüş koronavirus (Covid-19) epidemiyasının yayılma riskinin olduğunu nəzərə alaraq  Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş zəruri göstərişlər əsasında sosial məsafə və gigiyena qaydalarının gözlənilməsi şəraitində keçirilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı görüş zamanı ilk olaraq tələbə adını qazanmış gəncələri təbrik edib və ADNSU-nu seçdiklərinə görə onlara, valideynlərinə və bu seçimdə onlara dəstək olan şəxslərə minnətdarlığını bildirib. Qeyd edib ki, ölkənin öncül universitetlərindən biri olaraq tələbələrin etimadını doğrultmaq, onlara yüksək səviyyədə təhsil vermək üçün ADNSU-nun savadlı professor-müəllim heyəti vardır. Həmçinin, keyfiyyətli təhsil üçün universitetdə müasir infrastruktur mövcuddur və tədris prosesində ən müasir texnoloji imkanlardan geniş istifadə olunur.

Universitetin təhsilvermə imkanlarından, tədrisin təşkilindən və tələbələrin biliyinin qiymətləndirilməsindən danışan professor Mustafa Babanlı onlayın və ya oflayın (ənənəvi formada) olmasından asılı olmayaraq hər bir tələbənin dərslərə ciddi yanaşmasının vacibliyini, onlar üçün yaradılan şəraitdən maksimum faydalammağı tövsiyyə edib.

Birinci kurs tələbələri ilə görüşdə fakültə dekanları – KTF-nin dekanı, professor Sevinc Məmmədxanova, NMF-nın dekanı, dosent Əlihikmət Əhmədov tələbələrə ADNSU-dakı möcud təhsil və tədris sistemi, aidiyyəti fakültələrin fəaliyyəti, dərs vəsaitlərinin tələbələrə çatdırılması və onların biliyinin qiymətləndirilməsi, imtahanların təşkili haqqında məlumat veriblər. Təhsildə tələbə-müəllim münasibətlərinin vacibliyindən danışaraq gənclərə təhsildə uğurlar diləyiblər.

Görüş zamanı ADNSU-nun İnformasiya Texnologiyaları Departamentinin direktoru Elnur Səfərli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev, Tələbə Gənclər Təşkilatının sədri Müqəddəs Əzizzadə çıxış edərək ADNSU-nun tarixi, inkişaf mərhələləri, ali təhsil müəssisəndə mövcud olan mərkəzlərin fəaliyyəti, xüsusi dərnək bölmələri, kredit sistemi ilə tədrisin təşkili, tələbə mobilliyi, ADNSU-da yaradılan   Unibook – “Elektron Universitet” sistemi haqqında məlumat veriblər. Sonda bu və ya digər mövzuda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti