Logo

Erasmus+KA2 UniClaD layihəsi çərçivəsində idarəetmə heyətinin görüşü keçirilib

03.06.2021 18:04 711 baxış
IMG

Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus+ KA2 proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda  universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində idarəetmə heyətinin görüşü keçirilib.

 

Görüşdə cari və gələcəkdə icra olunacaq məsələlər, həmçinin qarşıdan gələn 3 aylıq və aralıq hesabatlılıq üzrə öhdəliklər müzakirə edilib, müvafiq tapşırıqlar verilib. 

 

Qeyd olunub ki, layihə çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şuranın qərarı ilə İnnovativ Texnologiylar Mərkəzi yaradılıb. Mərkəzin fəaliyyəti üçün zəruri avadanlıqlar alınaraq universitetə çatdırılıb və hüquqi sənədlər hazırlanılıb.  Mərkəzin fəaliyyətinin təmin olunması məqsədilə yol xəritəsi tərtib olunub və bu istiqamətdə fəaliyyyətlərin təşkili  davam etdirilir. 

Xəbər lenti