Logo

Təhsil naziri Beynəlxalq Elmi Konfransda iştirak edib

04.06.2021 16:36 670 baxış
IMG

Təhsil naziri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “Paşa Holding” Şirkətlər qrupunun baş sponsorluğu ilə “III İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı”nda iştirak edib.

 

“Nizami ili” çərçivəsində təşkil edilmiş III Beynəlxalq Elmi Konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə “Nizami Gəncəvi və Dayanıqlı İnkişaf” mövzusuna həsr olunub.

 

Konfransın elm komitəsi tərəfindən seçiləcək məruzələr elmi jurnallarda və beynəlxalq statuslu məruzələr kitabında nəşr olunacaq.

 

Məruzələr kitabı isə dünyanın nüfuzlu universitet və dövlət kitabxanalarının kataloqlarında yerləşdiriləcək.

Xəbər lenti