Logo

Memarlıq və İnşaat Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna növbəti dəfə pul vəsaiti köçürüb

15.10.2020 13:39 456 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə düşməni ağır məğlubiyyətə uğradaraq layiqli zəfər qazanmaqda davam edən ordumuza növbəti dəfə dəstək olub. Universitetin əməkdaşları cəmiyyətimizdə mövcud olan milli həmrəylikdən və ordumuzun apardığı uğurlu əməliyyatlarından ruhlanaraq könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna 24 min manat pul vəsaiti köçürüblər.

 

Bu barədə AzMİU-dan məlumat verilib. Bildirilib ki, universitetin professor-müəllim heyətindən tutmuş texniki işçilərinə kimi hamı Vətənin bütövlüyü uğrunda vuruşan əsgərlərimizin bu şanlı döyüşdən qalib ayrılacağına və tezliklə üçrəngli Azərbaycan bayrağının işğal altındakı torpaqlarda dalğalanacağına əmindirlər.

 

Xatırladaq ki, bundan əvvəl də AzMİU kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürmüşdü.

Xəbər lenti