Logo

BDU-da esse müsabiqəsi qaliblərinin adları açıqlanıb

04.06.2021 17:16 554 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə keçirdiyi esse müsabiqəsinin qalibləri müəyyənləşib.

 

BDU-dan bildirilib ki, müsabiqə komissiyası tərəfindən 10 ən yaxşı esse yazısı qalib seçilib. Onlar BDU THİK tərəfindən fəxri fərmanla təltif olunacaq. Qaliblərin siyahısı universitetin rəsmi saytında yerləşdirilib.

 

Müsabiqədə təqribən 200 tələbə iştirak edib.

Xəbər lenti