Logo

Həssas qrupdan olan tələbələrin təhsil haqları ilə bağlı müraciətin vaxtı uzadılıb

04.06.2021 19:01 588 baxış
IMG

"Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə istifadəyə verilən http://e-telebe.edu.az portalı üzərindən 2020-21-ci tədris ilinin 2-ci yarımili üçün müraciətlərin qəbulu 11.06.2021-ci il tarixinədək uzadılıb"

 

Tehsil.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

 

O qeyd edib ki, bu qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etməsi xahiş olunur.

Xəbər lenti