Logo

“Milli kimlik və din” mövzusunda onlayn konfrans keçirilib

05.06.2021 17:48 553 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Azərbaycan Vətəndaş Hərəkatı (AVH) “Milli kimlik və din” mövzusunda onlayn konfrans keçirib.

 

Tehsil.biz xəbər verir ki, konfransda Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Mübariz Göyüşlü təmsil etdiyi qurumun bir sıra dövlət qurumları, ziyalılar, diplomatik korpus təmsilçilərilə görüşlər keçirdiyini qeyd edib. 

 

Aİİ-nin rektoru, ilahiyyatçı alim Aqil Şirinov “İctimai vəhdətin formalaşmasında dinin rolu” mövzusunda məruzə ilə çıxış edib. A.Şirinov ictimai inteqrasiyada dinin oynaya biləcəyi roldan bəhs edib. Onun sözlərinə görə, din cəmiyyətdə vəhdətin yaranmasında mühüm rol oynayır. “Lakin bəzən əksi də ola bilir” deyən məruzəçi bununla bağlı nümunələr göstərib. A.Şirinovun sözlərinə görə, din mədəniyyəti formalaşdıran əsas ünsürlərdən biridir. Sonda İnstitutun rektoru radikal qruplaşmaların yaranma səbəblərindən də danışıb.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əli Həziyev kimlik məsələsini təhlil edərək onu süni və təbii kimliklərə bölüb. O, kimlik məsələsinin millətin formalaşmasında mühüm rol oynadığını qeyd edib. O, Azərbaycanda öncə dini kimliyin, daha sonra milli kimliyin formalaşdığını vurğulayıb. Ə.Həziyev müasir dövrdən danışaraq Azərbaycan cəmiyyətindəki durumu müsbət qiymətləndirib, onu multikultural, tolerant cəmiyyət adlandırıb.

 

Aİİ-nin kafedra müdiri, dosent Anar Qafarov “Milli-ideoloji təhlükəsizlikdə din amili" mövzusunda məruzə ilə çıxış edib. O, təhlükəsizliyin əsas amillərini sadalayıb. A.Qafarov dini təhlükəsizlik amilini xüsusi vurğulayıb. O, deyib ki, dinə milli, ictimai təhlükəsizlik aspektindən yanaşmaq mümkündür. Onun sözlərinə görə, böyük dövlətlər bir çox hallarda din amilindən təzyiq vasitəsi kimi istifadə edirlər. Məruzəçi dinin birləşdirici amilinin olduğunu qeyd etməklə yanaşı, doğru anlaşılmayanda fəsadların yarandığını da vurğulayıb.

 

Konfrans digər məruzəçilərin çıxışları ilə davam edib.

Xəbər lenti