Logo

"Nə nazirlik, nə universitetlər tələbələrin suallarına cavab verir" - Kamran Əsədov

05.06.2021 17:56 637 baxış
IMG

"Bir aydır ölkənin 10 minlərlə tələbəsi sosial şəbəkələrdə, mətbuatda problemlərini yazır nə Təhsil nazirliyi, nə də universitetlər bu tələbələrin suallarına cavab verir".

 

Tehsil.biz xəbər verir ki, bunu təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

 

Kamran Əsədov qeyd edib ki, bir yazı yazmaq, bir məlumat paylaşmaq olmur, yazıq tələbələr çarəsiz gəlib soruşur ki, bizim dövlət imtahanımız, diplom işimiz nə olacaq, necə olacaq?

 

"Ya çıxın deyin ki, 2020-ci ildə pandemiya dövrününü nəzərə alaraq tətbiq edilmiş güzəştlər tətbiq olunacaq, ya da olmayacaq, gedib hazırlaşın. Bu qədər çətindir?"

 

Ekspert "10 minlərlə tələbə ədalətli yanaşma tələb edir, sizdən güzəşt istəmir" -deyə bildirib.

 

Fəqan Əzimli

Xəbər lenti