Rusiyanda Pedaqoji İnstitutun 17 yaşlı tələbəsi imtahan zamanı vəfat edib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə institutun Stavropol Diyarındakı filialında qeydə alınıb.
Stavropolun qubernatoru Vladimir Vladimirov bununla bağlı instaqram səhifəsində paylaşım edib.
O, tələbənin ölümünün ilkin məlumata görə, təbii səbəblərdən baş verdiyini qeyd edib. Əlavə edib ki, ölüm səbəbinin ətraflı müəyyənləşdirilməsi üçün lazımi tədbirlər görülür, vəziyyət nəzarət altındadır: “Tələbənin ailəsinə dərin hüznlə başsağlığı verirəm. Ailəsinə lazımi bütün yardımlar ediləcək”.