Logo

Müəllim və tələbələr meşədə itkin düşüb

06.06.2021 13:28 1520 baxış
IMG

Gürcüstanın Abastumani kurort qəsəbəsində 7 gənc itkin düşüb.

 

“Report”un yerli bürosu xəbər verir ki, onlarla əlaqə üç gün öncə kəsilib.

 

Meşəyə piknikə yollanan gənclərin axtarışlarına 40 nəfər xilasedici və reyncer, həmçinin dron da cəlb olunub.

 

İtkin düşənlərin birinin Axaltsixedən olan müəllim, digərlərinin isə onun tələbələri olduğu bildirilir.

Xəbər lenti