Logo

BDU THİK sədri Hacıbaba Mustafayev beynəlxalq konfransda çıxış edib

06.06.2021 19:58 632 baxış
IMG

05.06.21 tarixində Beynəlxalq İnsan Hüquqları Komissiyası (IHRC) və Pakistanda fəaliyyət göstərən Sülh naminə Dünya Gənclər Sammitinin (WYSP) birgə təşkilatçılığı ilə Dünya Ətraf Mühit gününə həsr olunan beynəlxalq konfrans baş tutub.

 

Konfransda çıxış edənlər arasında Monqolustanın sabiq Prezidenti Tsaxia Elbeqdorj, Ekvadorun ilk qadın Prezidenti Rosalia Arteaga, Mavriki sabiq Prezidenti Amina Qurib-Fakim, Pakistanlı millət vəkili və sabiq nazir Rəhman Malik, Maldiv adalarının sabiq Xarici işlər naziri Dunya Mamun, Banqladeş Gənclər Parlamenti sədri Sarker Tanvir Əhməd və s. rəsmilər, ekspertlər və media nümayəndələri iştirak ediblər.

 

IHRC sədri Məhəmməd Şahid Xan moderatorluğunda keçən konfransda yekun nitq ilə çıxış edənlər arasında BDU THİK sədri Hacıbaba Mustafayev yer alıb. Təşkilatçılara bu cür mühim məsələ ilə bağlı bu konfransın təşkilinə görə təşəkkür edən H. Mustafayev Azərbaycanda da ətraf mühitin qorunması ilə bağlı ciddi işlər görüldüyünü qeyd edib və mövzuya xüsusi diqqət göstərildiyini bildirib. Regionda yararanan əsas ekoloji problemlərdən birinində Ermənistan işğalı zamanı Qarabağın təbii resurslarına vurulan zərər olduğunu qeyd edən H.Mustafayev torpaqlarımızın işğaldan azad edilməsindən sonra bu ərazilərdə də bərpa işlərinə başlanıldığını qeyd edib.

 

Ölkəmizdə təşkil olunan ağacəkmə aksiyaları ilə bağlı məlumat verərkən Universitetimizdə baş tutan ağacəkmə aksiyasını da qeyd edib. Konfrans təşkilatçıları çıxışına görə H.Mustafayevə təşəkkür bildirərək növbəti beynəlxalq konfranslarda da görüşəcəklərinə ümid etdiklərini bildiriblər.

Xəbər lenti