Logo

Təhsil Nazirliyindən “Son zəng” AÇIQLAMASI

07.06.2021 09:58 417 baxış
IMG

Orta məktəb məzunlarının “Son zəng” tədbirinin keçirilib-keçirilməməsini Nazirlər Kabineti müəyyən edəcək.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Təhsil Nazirliyindən məlumat verilib.

 

Nazirlik qərar haqqında ictimaiyyətə məlumat veriləcəyini qeyd edib

 

“Pandemiya dövründə ictimai toplaşma və ləğvi ilə bağlı müvafiq qərarlar Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

 

 Qərar açıqlanarsa, bu barədə mediaya və ictimaiyyətə məlumat veriləcək”.

 

Xatırladaq ki, orta məktəblərdə 2020-2021-ci tədris ili iyun ayının 15-də yekunlaşacaq.



Bu il respublika üzrə XI sinifləri 84076 nəfər şagirdin bitirməsi proqnozlaşdırılır.

Xəbər lenti