Logo

BSU-da təhsil alan əcnəbi tələbələr fotojurnalist Reza Deghati ilə görüşdə iştirak ediblər

07.06.2021 12:11 527 baxış
IMG

İyunun 4-də Bakı Slavyan Universitetində (BSU) Türkiyə Respublikasından,Pakistan İslam Respublikasından və İran İslam Respublikasından  təhsil alan əcnəbi tələbələr Təhsil Nazirliyinin təşkilatçılığı ilə  Azərbaycan əsilli dünya şöhrətli fransız  fotojurnalist Reza Deghati ilə keçirilən onlayn görüşdə iştirak ediblər.

 

Görüşdə  Təhsil Nazirliyinin  İctimai əlaqələr sektorunun  müdiri Cəsarət Valehov  və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov iştirak ediblər.
Qeyd edək ki,görüş fotojurnalistin 1992-2021-ci illərdə Qarabağda çəkdiyi şəkillərin təhlilinə həsr olunub.Reza Deghati hər iki müharibə dövrü barədə məlumatları fotofaktlarla görüş iştirakçılarına çatdırıb.


BSU-nun əcnəbi tələbələri diskussiyada fəal iştirak ediblər.BSU-nun əcnəbi tələbələri  Azərbaycan dilini və Azərbaycan tarixini bildikləri üçün Təhsil  Nazirliyinin  əməkdaşları onlar barədə müsbət fikirlər səsləndiriblər.


Sonda əcnəbi tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti