Logo

“Dualabənzər PTT” layihəsi çərçivəsində iş yerində praktik imtahanları uğurla başa çatıb

07.06.2021 12:17 502 baxış
IMG

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Aqroservis mütəxəssisi” və “Üzümçülük və şərabçılıq” ixtisasları üzrə təhsil alan tələbələri üçün “Dualabənzər PTT” layihəsi çərçivəsində  iş yerində praktik imtahanlar təşkil olunub.

     

2021-ci ilin 15 fevral tarixindən başlayaraq tələbələr “iş yerində öyrənmə” təliminə, 29 mart tarixindən isə istehsalat təcrübəsinə başlayıblar. İstehsalat təcrübələri “Gilan-Qəbələ Aqroservis” ASC və “Aspi Aqro” MMC-də təşkil edilib. Təcrübə proqramının yekunu olaraq 2-3 iyun tarixlərində “Aqroservis mütəxəssisi”, 3 iyun tarixində isə “Üzümçülük və şərabçılıq” ixtisasları üzrə iş yerində praktik imtahanlar təşkil olunub. Praktik imtahanlar tərəfdaş müəssisələrin tarlasında keçirilib və imtahan zamanı tələbələr texnikanın işə sazlanmasını, tarlanın səpinə hazırlanması, eyni zamanda digər müvafiq tapşırıqları yerinə yetiriblər.

     

Qeyd edək ki, tələbələrin bacarıqlarının qiymətləndirilməsi zamanı müəssisənin baş mütəxəssisləri də yaxından iştirak edib.

Xəbər lenti