Logo

Şotlandiyada 600-dən çox universitet tələbəsi koronavirusa görə özünü təcrid edib

24.09.2020 13:50 594 baxış

Şotlandiyanın Qlazqo Universitetinin 600-dan çox tələbəsi koronavirusa görə özünü təcrid etməli olub.

APA-nın Britaniya bürosunun “Sky News”a istinadən verdiyi xəbərə görə, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

Məlumatda indiyənəcən 124 tələbənin test nəticəsinin müsbət olduğu bildirilib. Qeyd edilib ki, bu rəqəm böyük ehtimalla daha da arta bilər.

“Hazırda universitet yataqxanalarında 600-dan çox tələbə koronavirusa görə özünü təcrid edir. Qaydaları pozan tələbələr universitetdən kənarlaşdırılacaq”, – deyə universitet rəhbərliyi bildirib.

Tələbələrin koronavirusa 12-14 sentyabr tarixləri arasında yeni universitet ilinin başlaması münasibətilə öz aralarında keçirdikləri sosial yığıncaqlarda yoluxduqları güman edilir.

Xəbər lenti