Logo

Ali təhsil müəssisələrinə və 11 illik bazada kolleclərə sənəd qəbulu başa çatır

07.06.2021 20:45 1090 baxış
IMG

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu iyunun 8-də başa çatır. 


Ərizənin təsdiqi DİM-in informasiya sistemlərində abituriyent barədə olan məlu¬matların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).


Abituriyentlərin böyük əksəriyyəti ərizələrini özləri təsdiq etməlidirlər. Həmin abituriyentlər ərizələrini 8 iyun saat 23:59-dək təsdiq edə bilərlər. 


Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər onu doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə ərizələrini  8 iyun saat 17:00-dək SQK-ların birində təsdiq etdirməlidirlər.


SQK-ların ünvanları: http://dim.gov.az/news/6691/

 

Ətraflı məlumat üçün https://eservices.dim.gov.az/erizebak/erize/?frm=egov linkinə daxil ola bilərsiniz.

Xəbər lenti