Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə “Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, dekabrın 11-12-də keçiriləcək ikigünlük konfrans üçün tezislərin qəbuluna başlanılıb.
Konfransda təbiət və texnika, iqtisadiyyat və idarəetmə, təhsil və humanitar sahələrə aid məruzələr dinləniləcək.
Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, doktorant, dissertant və elmi işçilər iştirak edə bilərlər.