Logo

AzTU-nun professoru Türkiyədə keçirilən beynəlxalq konqresdə çıxış edib

08.06.2021 00:52 477 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları və kiber təhlükəsizlik kafedrasının müdiri, texnika elmləri doktoru, professor Vaqif Qasımov Türkiyənin Antalya şəhərində onlayn keçirilən 5-ci “3D çap texnologiyaları və rəqəmsal sənaye-2021” mövzusunda beynəlxalq konqresdə dəvətli çıxışçı kimi iştirak edib.

 

Kafedra müdiri Vaqif Qasımov və baş müəllim Şəhla Əliyeva konqresin “Maşın öyrətmə” bölməsində “Əşyaların internet texnologiyalarının tətbiqi zamanı EDGE, FOG və Cloud hesablamaları üçün üçsəviyyəli arxitektura” mövzusunda məruzə ilə çıxış ediblər.

 

Qeyd edək ki, professor beynəlxalq konqresin təşkilat komitəsinə üzv seçilib.

Xəbər lenti