Logo

Alimlər koronavirusdan sonra görünə biləcək sindromu açıqladı

08.06.2021 08:47 435 baxış
IMG

Birminhem Universitetinin alimləri COVID-19-dan sağalanlarda təhlükəli kəskin autoimmun iltihab sindromunun inkişaf edə biləcəyini söyləyib. Tədqiqat müəllifi Aleks Riçtner qeyd edib ki, koronavirusdan sonra ürək və dəri xəstəliklərinə səbəb olan oxşar antikorlar istehsal olunur.

 

Tehsil.biz xarici mətbuata istinadən xəbər verir ki, alimlər ayaq və əllərdə uyuşma, əzələ zəifliyi, ağrı və koordinasiya problemlərini xəstəliyin əsas simptomları adlandırıb. Bu simptomlar yüngül və ağır dərəcədə koronavirusdan əziyyət çəkən insanlarda ortaya çıxıb.

 

Bildirilib ki, kəskin autoimmun iltihab sindromu emosional pozğunluq, vegetativ nasazlıqlar şəklində özünü göstərir.

 

Publika.az

Xəbər lenti