"Eşitdiyimə görə, oğurlanan kitablardan biri "İlahi komediya", ikincisi isə Salman Rüşdinin "Gecəyarı uşaqları"dır. Bu kitabların oğurlanması sonradan bilinib".
Bunu Qaynarinfo-ya açıqlamasında "Qanun" nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu "Əli və Nino" mağazalar şəbəkəsindən oğurlanan kitablardan danışarkən deyib. O bildirib ki, "Əli və Nino" dükandır və oradan oğurluq etmək olmaz:
"Uşaqlar kitabları götürüb qapıdan keçəndə siqnal verilib, onları saxlamaq istəyiblər, amma dayanmayıb qaçıblar. Əgər yerində dayanıb desəydilər ki, bu kitablara ehtiyacımız var, bəlkə də verərdilər. Onların qaçması istər-istəməz hüquq-mühafizə orqanlarına müraciət etməyə yol açıb. Kitab dükanıdır, oradan oğurluq etmək olmaz. Əgər hüquqi dövlətiksə, burada hər bir şey qanunla tənzimlənir. "Əli və Nino" oğurlanan kitabları tapmaq üçün "qoçu"ya müraciət etməliydi? Deməliydi, ay "qoçu", mənim kitablarımı tapın? Kobudluq baş verib, polisə müraciət edilib".
Qeyd edək ki, bir neçə gün öncə «Əli və Nino» mağazalar şəbəkəsindən kitablar oğurlanıb.
Bahar Rüstəmli