Logo

TKTA “V Beynəlxalq Pedogoji Təhsil və Akkreditasiya Konqresi”ndə təmsil olunub

08.06.2021 13:27 82 baxış
IMG

TKTA “V Beynəlxalq Pedogoji Təhsil və Akkreditasiya Konqresi”ndə təmsil olunub. Dünya ölkələrinin nümayəndələrinin qatıldığı onlayn konqresin əsas mövzusu “Pandemiya dövründə beynəlxalq akkreditasiya  təşkilatlarının təcrübələri ” olub.

 

Müzakirə zamanı TKTA-nın nümayəndəsi Agentliyin fəaliyyət istiqamətlərinə dair təqdimatı konqres iştirakçılarının diqqətinə çatdıraraq, “Azərbaycan ali təhsilində keyfiyyət təminatı üçün pandemiyanın yaratdığı imkanlar və çağırışlar” mövzusunda ətraflı məlumat verib.

 

Belə ki,  Agentlik fəaliyyət istiqamətlərini maksimum dərəcədə beynəlxalq təcrübədən faydalanaraq təhsilin keyfiyyət səviyyəsinin təminatı proseslərinin səmərəli təşkilini təmin edən prinsip və standartlara əsaslanaraq idarə  edildiyi  xüsusi vurğulanıb.

 

Eləcə də təmsilçimiz Azərbaycan təhsil məkanının dünyanın inkişaf etmiş təhsil institutları ilə əməkdaşlığı üçün zəmin yaradan və ölkənin təhsil müəssisələri məzunlarının həm yerli, həm də qloballaşan dünyanın əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli olduğunu vebinar iştirakçılarının diqqətinə çatdırıb.

 

Qeyd edək ki, konqresdə iştirak edən bir çox dünya əhəmiyyətli ali təhsil müəssisələrinin və keyfiyyət təminatı qurumlarının nümayəndələri təmsil etdikləri ölkə və qurumların təcrübələrini paylaşaraq bu istiqamətdə ölkələrarası əməkdaşlığın və şəbəkələşmənin qurulmasının vacibliyini vurğulayıblar.

Xəbər lenti